RU
Nazirin biznesmen əmisioğlu öldürüldü
16:20
1134

Nazirin biznesmen əmisioğlu öldürüldü

Türkiyədə gənclik və idman naziri Çağatay Kılıçın əmisi oğlu Fatih Mehmet Kılıç öldürülüb.

 

Polisin araşdırması zamanı məlum olub ki, biznesmen Fatih Kılıç 700 min türk lirəsinə ev almaq üçün tikinti sahibi ilə görüşməyə gedib. İnşaat işləri ilə məşğul olan 34 yaşlı Mətin Ü., və tikinti mühəndisi, 32 yaşlı Salim Ö. ilə görüşəndən sonra hər üç şəxs avtomobilə minərək oradan uzaqlaşıb.

Kamera görüntülərindən ortaya çıxıb ki, meyit meşəlik əraziyə Metin Ü., adlı şəxsin maşınından atılıb. Mətin Ü. polisə verdiyi ifadəsində bildirib ki, onlar görüşdükdən sonra avtomobilə oturublar.

Avtomobilin qabaq oturacağında oturmuş M. F. Kılıça Salim Ö. arxadan atəş açıb. 

Mətin Ü. Salim Ö. ilə birlikdə meyiti meşəlik əraziyə atıblar. Hazırda 32 yaşlı Salim Ö. Polis tərəfindən axtarılır. 

İki uşaq atası olan biznesmen eyni zamanda Türkiyənin ABŞ-dakı səfirinin də qardaşı oğludur./azvison

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ