Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Vəkil Ceyhun Yusifov məhkəmə istintaqının təzələnməsini istəyib.
Vəsatət təmin olunub. Proses avquatun 16-na təyin edilib.
Xatırladaq ki, ittihama görə, S.Nəbiyev Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalovla birgə biznes qurmaq istəyib və ondan 22 min manat alıb. Daha sonra isə pulu mənimsəyib./qafqazinfo
7news.Az








