RU
Nazirlik Bakıdakı toz-dumanla bağlı məlumat yaydı - YENİLƏNİB
12:46
341

Nazirlik Bakıdakı toz-dumanla bağlı məlumat yaydı - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti havada olan tozun miqdarı ilə bağlı aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən 7News.Az-a verilən xəbərə əsasən, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da sanitar normadan 1,3 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

10:40

Atmosfer havasında müşahidə olunan tozun miqdarında azalma qeydə alınıb 

Bu barədə 7News.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilir.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, gecə saatlarında  Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, yenə də sanitar normadan iki dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək  ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanın daxil olmasıdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ