RU
Nazirlik SABAH qruplarına müəllim axtarır
21:00
1274

Nazirlik SABAH qruplarına müəllim axtarır

Elm və Təhsil Nazirliyinin SABAH qruplarında 2022-2023–cü tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur.

Nazirlikdən 7News.Az-a verilən məlumata görə, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən namizədlər 11 yanvar 00:00-dək müraciət formasını doldurmalıdırlar.

Müsabiqə barədə ətraflı məlumatı linkə (http://sabah.edu.az/.../azerbaycan-respublikasi-tehsil...) "Tədbirlər və elanlar" bölməsindən daxil olaraq əldə edə bilərsiniz.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ