RU
Nazirlik şikayəti araşdırdı
12:20
422

Nazirlik şikayəti araşdırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt”inə Salyan rayonu Qarabağlı kənd sakini Hüseyn Mustafayev tərəfindən kənd ərazisində yerləşən istixanalardan çıxarılan tullantıların yandırılması və kəskin iyin yayılması ilə bağlı şikayət daxil olub. 

7news.Az xəbər verir ki, şikayət Nazirliyin əməkdaşları və Qarabağlı bələdiyyə nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb. Araşdırmada iştirak etmək üçün şikayətçi H.Mustafayevlə əlaqə saxlanılıb, lakin o, iştirakdan imtina edib. 

Sözügedən istixanaların ərazisinə keçirilən baxış zamanı tullantıların yandırılması və kəskin iyin yayılması faktları müşahidə edilməyib.

 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ