RU
Nazirlik təhsil işçilərinin düşdüyü yol qəzası ilə bağlı
16:33
1787

Nazirlik təhsil işçilərinin düşdüyü yol qəzası ilə bağlı

Təhsil Nazirliyi Xızıda baş verən yol-nəqliyyat qəzası ilə bağlı açıqlama yayıb.

Təhsil Nazirliyindən verilən xəbərdə bildirilib ki, ötən gün asudə vaxtlarını öz təşəbbüsləri ilə Xızı rayonunda keçirmək məqsədilə bu bölgəyə səfər edən Sumqayıt Dövlət Texniki Kollecinin bir qrup müəllim və texniki heyəti yol-nəqliyyat hadisəsi nəticəsində qəza keçirib. Qəzada Sumqayıt Dövlət Texniki Kollecinin 3 nəfər əməkdaşı ölüb, digərləri isə müxtəlif dərəcədə xəsarət alıb: "Nazirlik bu hadisə nəticəsində ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların isə tezliklə sağalmalarını arzu edir"./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ