RU
Neftçalada avtomobil marketə çarpılıb, xəsarət alanlar var
14:00
79

Neftçalada avtomobil marketə çarpılıb, xəsarət alanlar var

Neftçala rayonunda avtomobil marketə çarpılıb, xəsarət alanlar var.
Hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106” markalı avtomobil anidən idarəetmədən çıxıb, daha sonra yolun yaxınlığındakı marketlərdən birinə çarpılıb. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəxsiyyətləri hələlik məlum olmayan yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ