RU
Neftçalada azyaşlı dənizdə boğularaq ölüb
20:15
234

Neftçalada azyaşlı dənizdə boğularaq ölüb

Neftçala rayonunda azyaşlı dənizdə boğularaq ölüb.

Bu barədə 7NEWS.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə ("Neftçala" sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) bir nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ