RU
Neftin qiyməti son 6 ayın ən aşağı səviyyəsinə çatıb
16:30
38

Neftin qiyməti son 6 ayın ən aşağı səviyyəsinə çatıb


7NEWS.az xəbər verir ki, Çərşənbə axşamı günü 76,66 dollara qədər bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 73,24 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09.50-də bağlanış vaxtı ilə müqayisədə 0,84 faiz azalaraq 72,62 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 68,03 dollara satılıb. Neft qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı açıqlaması öncəsi gözləntilərin altında olan iqtisadi məlumatlara görə son 6 ayın ən aşağı səviyyəsinə düşüb. ABŞ-da dünən açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI) bazar gözləntilərinin əksinə olaraq yüzdə 0,1 artarkən, proqnozlara uyğun olaraq illik 3,1 faiz artdı.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ