Sosial şəbəkədə yayılan görüntülər izləyənləri dəhşətə gətirir.
7News.az "Mirror"a istinadla bildirir ki, görüntülərdə azyaşlıya qohumları tərəfindən işgəncə verilməsi əks olunub. Belə ki, qız uşağının nənəsi və xalası onu çuvalın içərisinə salıb, sonra da çuvalın ağzını bağlayıblar.
Polis 10 milyondan artıq izlənən video ilə bağlı araşdırmalara başlayıb. Görüntülər Çində çəkilib.
Çinin Lianjiang şəhərinin polis məmuru mətbuatda açıqlamasında bildirib ki, görüntülərlə bağlı hələ kimsə tutulmayıb.
7News.az










