7NEWS.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Nepalın Milli Seysmoloji Mərkəzinin (MSM) verdiyi açıqlamaya görə, ölkənin qərbindəki Doti bölgəsində yerli vaxtla saat 02:12-də 6,6 bal gücündə zəlzələ baş verib. Çox sayda kerpiç ev dağılsa da, əraziyə xilasedicilər göndərilib. Polis, 4-ü uşaq olmaqla 6 nəfərin həyatını itirdiyini, 5 nəfərin yaralandığını bildirib. Nepal ordusunun sözçüsü Narayan Silval ən azı iki nəfərin itkin düşdüyünü bildirib.
7NEWS.az








