7NEWS.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Nepalın paytaxtı Katmandu və ətraf şəhərlərdə leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində azı 200 nəfər ölüb, 127nəfər yaralanıb. Son iyirmi ilin ən güclü yağışlarından sonra Katmanduda bütün məhəllələri su basıb, torpaq sürüşmələri magistral yolları bağladığından paytaxt Nepalın qalan hissəsi ilə müvəqqəti əlaqəsi kəsilib.








