RU
Nepalda zəlzələ olub, ölən və yaralananlar var
10:40
94

Nepalda zəlzələ olub, ölən və yaralananlar var

Nepalın qərbində baş verən zəlzələ zamanı binanın uçması nəticəsində azı 6 nəfər ölüb.

Bu barədə çərşənbə günü yerli polisə istinadən ANI agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, təbii hadisə zamanı daha beş nəfər yaralanıb, onlar hazırda xəstəxanadadırlar.

Qeyd edilir ki, xilasetmə xidmətləri hadisə yerindədir.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Nepalın qərbində 5,6 bal gücündə zəlzələ olduğunu xəbər verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ