RU
Neptun və Uranın əsl rəngləri ortaya çıxdı
12:10
57

Neptun və Uranın əsl rəngləri ortaya çıxdı


7NEWS.az xəbər verir ki, İngilis alimləri Neptun və Uranın rənglərinin əslində bilindiklərindən fərqli olduğunu ortaya qoydular. Tədqiqat 1980-ci ildə kosmos tədqiqatında aşkar edilən Neptunun tünd mavi rəngə, Uranın isə yaşıl rəngə sahib olmadığını ortaya qoydu. Araşdırma hər iki planetin yaşılımtıl mavinin oxşar çalarlarına sahib olduğunu qeyd edib.
Bununla belə, Neptunun nazik duman təbəqəsi səbəbindən bir qədər mavi olduğu qeyd edilib. Bildirilir ki, araşdırmaya rəhbərlik edən Oksford Universitetinin professoru Patrik İrvin və onun komandası Neptun və Uranın ilkin məlumatlarını emal edərək hər iki planetin ən dəqiq təsvirini əldə ediblər. Astronomların uzun müddətdir ki, müasir təsvirlərin planetlərin rənglərini tam əks etdirmədiyini bildiklərini ifadə edən İrvin, "Bu süni rəng əslində o dövrdə reallığı əks etdirmirdi və görüntülər bu izahatlarla yayımlansa da, bu fərq zamanla itdi”- deyib.
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ