RU
Nərimanov rayonunda qətl hadisəsi baş verib
13:00
1723

Nərimanov rayonunda qətl hadisəsi baş verib

Nərimanov rayonu ərazisində qətl hadisəsi baş verib.

7News.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 26-da paytaxtın Nərimanov rayonu ərazisində yaşayan Bakı şəhər sakini Emil Çobanov evində münaqişə zəminində bacısı Rübabəyə bıçaqla xəsarət yetirib və o, hadisə yerində ölüb.

Nərimanov rayonu 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Çobanov tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ