RU
Nərminin anası:
18:15
155

Nərminin anası: "Qızımı İlkin Süleymanov və onun ailə üzvləri qətlə yetirib"

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.

Müadafiə tərəfi N.Quliyevanın qəbrinin açılaraq yenidən ekspertiza keçirilməsini istəyib.

Daha sonra zərərçəkmiş tərəf N.Quliyevanın anası Aynurə İsmayılova etiraz edib. O bildirib ki, qızını İ.Süleymanov və onun ailə üzvləri qətlə yetirib: "Qızımın ölümündə onların da əli var".

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.


7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ