Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə
olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən
artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi
qayğının bir təzahürü kimi fevral ayının 2-i respublikamızda Azərbaycan
Gəncləri günü elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si
respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və
Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa
başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si
Ümumdünya Gənclər günü elan edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev
siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili,
bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli
istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə
tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci ildə dövlət başçısının Sərəncamı
ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu
yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər
həyata keçirilir.
Şəhərimizin gözəl məkanlardan biri olan "Şərq Saray”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş 1500 nəfərdən çox qonağın iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələrini, çoxsaylı qonaqlar dəvət olunmuşdur.
Tədbirdə çıxış
edənNəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovdəvət olunanları salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan
gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz
Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı
və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil
dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan
gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən,
onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin
problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili»
elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər
Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif
sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
Qeyd olundu ki, Nəsimi rayon əhalisinin təqribən 30,8 faizini gənclər təşkil
edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və
mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının
müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə
müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara
dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət
idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və
bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox
böyük işlər görülmüşdür.
Asif Əsgərov bildirdi ki, hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır.
Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Nəsimi gənclərini təbrik edənlər arasında Milli Məclisin üzvləri - Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Azər Badamov, Eldəniz Səlimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan-Fransiz Universitetinin direktoru Vazeh Əsgərov, Azərbaycan Universitenin rektoru Səadət Əliyeva və digər rəsmilər iştirak edirdilər.
Bayram tədbiri Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin, 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə başa çatmışdır.













