RU
Nəsimi rayonunda ötən ilin yekunları müzakirə edilib - Foto
15:05
273

Nəsimi rayonunda ötən ilin yekunları müzakirə edilib - Foto

Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn otelində keçirilən 2019-cu ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

 Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəybala Quliyev bildirib ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra abadlıq işləri aparılıb, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunub, "Abad həyət” və "Bizim Həyət” layihələri çərçivəsində geniş işlər görülüb, yeni yaşıllıq zolaqları salınıb. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulub, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılıb.

Nəsimi rayonu Rəşid Məmmədov küçəsi 23, 25 və 27 nömrəli binaların , Hüseyn Seyidzadə 20, 22, 24, 26, 28 nömrəli binaların, Asif Məhərrəmov küçəsi 34, 38,42 və 46 nömrəli binaların, Moskva prospekti 46, 48, Cavadxan küçəsi 1 ünvanlardakı həyətləri abadlaşdırılaraq yenidən qurulub.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri tərəfindən rayonun küçələrində, mikrorayonlar ərazisində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif Məhərrəmov küçəsindəki parkda və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında ağaclar və gül kolları əkilib.

Tədbirin sonunda ərazinin təmizliyi ilə məşğul olan Nəsimi rayon MKTB-nin bir qrup əməkdaşı mükafatlandırılıb.

 

7News.Az

 





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ