İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Bu barədə "The Times of Israel" nəşri hökumət başçısının ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu mayın 25-i axşam saatlarında "Hadassa Eyn-Kerem" Tibb Mərkəzinə aparılıb. Hazırda onun stomatoloji müalicə aldığı bildirilir.
Xatırladaq ki, Netanyahu aprelin 24-də prostat vəzində aşkarlanan bədxassəli şişlə bağlı əməliyyat keçirdiyini açıqlamışdı. Onun sözlərinə görə, xəstəlik planlı tibbi müayinə zamanı erkən mərhələdə aşkarlanıb və şiş qısa müddətdə götürülüb.








