RU
Netanyahunun Qəzzanı tamamilə nəzarətə götürmək planı qəbul edilib
11:00
41

Netanyahunun Qəzzanı tamamilə nəzarətə götürmək planı qəbul edilib

İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun təklif etdiyi Qəzzanın bütün ərazisini nəzarətə götürmək və Fələstin anklavında əməliyyatı genişləndirmək planını təsdiqləyib.

Bu barədə İsrailin "Kan" dövlət televiziyası baş nazirlik ofisinin bəyanatına istinadən məlumat yayıb.

Plana görə, İsrail ordusu Qəzzada hərbi əməliyyata hazırlaşacaq, eyni zamanda, döyüş bölgələrindən kənarda mülki şəxslərə humanitar yardım göstərəcək.

B.Netanyahunun planına qarşı İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir etiraz edib. O, iclasda girovlar üçün mümkün riskdən, silahlı qüvvələrin ehtiyatlarının tükənməsindən və dövlətin beynəlxalq legitimliyinə ziyan vurmasından danışıb.

Nazirlərin də əksəriyyəti alternativ planın HƏMAS-ı məğlub etməyə imkan verməyəcəyini və girovların geri qaytarılmasını təmin etməyəcəyini ifadə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ