RU
Nigerdə 104 nəfər vəba epidemiyasının qurbanı olub
12:30
321

Nigerdə 104 nəfər vəba epidemiyasının qurbanı olub

Avqustun 9-da Niger hakimiyyəti tərəfindən elan edilmiş vəba epidemiyası artıq Afrika ölkəsinin 100-dən çox sakininin həyatına son qoyub.

7NEWS.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigerin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkənin 2 874 sakini təhlükəli, yoluxucu xəstəliyə yoluxub, onlardan 104-ü ölüb.

Xəstəlik artıq ölkənin altı regionunda, həmçinin paytaxtda qeydə alınıb.

Qeyd edilir ki, xəstəliyə əsasən 15-37 yaş qrupundan olan vətəndaşlar tutulurlar.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ