Nigeriyanın şimalında çobanlarla fermerlər arasında tez-tez qarşıdurmaların yaşandığı Plato əyalətinin Muşu qəsəbəsində baş verən qarşıdurmada 16 nəfər həyatını itirib.
7NEWS.az xəbər verir ki, Nigeriyanın şimalındakı Plato əyalətində çobanlarla fermerlər arasında tez-tez baş verən münaqişələrə yenisi əlavə edilib. Ağır silahlı dəstələrin tez-tez qətl və kənd basqınlarının baş verdiyi Muşu qəsəbəsində əsasən müsəlman çobanlarla xristian fermerlər arasında baş verən qarşıdurmada 16 nəfər həyatını itirib. Münaqişənin niyə baş verdiyi və kimin məsuliyyət daşıdığı barədə dəqiq izahat verilməyib.
7NEWS.az








