Nigeriya hərbçiləri dini liderlərinin azad olunması tələbi ilə nümayişə çıxan şiə müsəlmanlara atəş açıb.
7News.Az "RİA "Novosti"yə istinadən xəbər verir ki, "Nigeriya İslam Hərəkatı"nın (IMN) yüzlərlə tərəfdaşı 2015-ci ildə həbs edilən İbrahim Zəkzəkinin azad edilməsi uğrunda yürüşdə iştirak ediblər. Yürüş bazar ertəsi Abuca şəhərində baş tutub.
Agentlik insident nəticəsində ölənlərin olduğunu ehtimal edir.
7News.Az








