7NEWS.az xəbər verir ki, Nigeriyanın Kaduna əyalətində silahlı dəstələr tərəfindən fidyə üçün girov götürülən 7 Çin vətəndaşı əməliyyatlarda xilas edilib.
Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan bəyan edib ki, ordu Birnin Qvari rayonunda silahlı dəstə üzvlərinə qarşı hava və quru əməliyyatları həyata keçirib.
Aruvan qeyd edib ki, əməliyyatlar zamanı silahlı dəstə üzvləri tərəfindən fidyə üçün girov götürülən 7 çinli xilas edilib. Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılır, lakin fidyə müqabilində adam oğurluğu adi haldır.
Ölkədə artan təhlükəsizlik problemlərinə qarşı mübarizə çərçivəsində fidyə ödənilməsi qadağan edilib.
7NEWS.az








