Dekabrın 29-dan yanvar ayının 1-nə kimi təşkil olunan "Rhythm and Vine" festivalında maraqlı anlar yaşanıb.
Festival zamanı rəfiqəsi ilə birlikdə sinəsi açıq gəzən qadın ona toxunan oğlanı şillələyib.
20 yaşlı Madeline Anello-Kitzmiller adlı qadın Yeni il festivalı zamanı ona əli dəyən oğlanı şillələyib.
Həmin anlar sosial şəbəkədə paylaşılıb və maraqla qarşılanıb. Qadının hərəkəti birmənalı qarşılanmayıb.
İzləyicilər "Niyə lüt gəzirdin ki, sənə də toxunurlar" , "Günah səndə olub", "Oğlan haqlı idi" kimi şərhlər yazıblar. Lakin, qızı da müdafiə edənlər az olmayıb.

7News.Az








