RU
Nizami rayonunda yaşadığı evdə tiryəkxana təşkil edən qadın və daha 2 nəfər saxlanılıb
17:00
1033

Nizami rayonunda yaşadığı evdə tiryəkxana təşkil edən qadın və daha 2 nəfər saxlanılıb

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə tiryəkxana təşkil edən Günay Məmmədova saxlanılıb.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər - Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ