7NEWS.az xəbər verir ki, Dünyanın ən bahalı bazarlarından biri olan Honq-Konqda evlərin qiymətləri oktyabrda yenidən işlənmiş 2,1% azalmanın ardınca noyabrda əvvəlki ayla müqayisədə 2% ucuzlaşıb. İlin 11 ayında qiymətlər 5,6% azalıb. Analitiklər və daşınmaz əmlak agentləri, Honq-Konqda ipoteka faizlərinin aşağı düşməsi ərəfəsində gələn ilin ortalarında mənzil qiymətlərinin aşağı düşə biləcəyini düşünürlər. Hong Kong Property Services və Midland daşınmaz əmlak agentlikləri bütün 2024-cü il üçün qiymətlərin müvafiq olaraq 3-5% və 5% artacağını proqnozlaşdırırlar.
7NEWS.az








