Qazaxıstanın paytaxtında Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı olan polkovnikin cəsədi tapılıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırma başladılıb.
Polkovnik Azamat İbrayevin cəsədi yanvarın 10-da yaşadığı binanın həyətində tapılıb.
Bəzi mənbələr polkovnikin intihar etdiyi qeyd edir.
Mənbə: TASS








