RU
Nüsrət leysan altında dənizə baş vurub, izləyicilərini məəttəl qoydu - VİDEO
17:10
495

Nüsrət leysan altında dənizə baş vurub, izləyicilərini məəttəl qoydu - VİDEO

Qalmaqallı addımları və bənzərsiz "Salt bae” hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəli aşpaz və iş adamı Nüsrət Gökçe sosial mediada yeni paylaşımı ilə diqqət mərkəzinə düşüb.

7News.Az xəbər verir ki, dünyanın müxtəlif yerlərində restoranları olan ulduz aşpaz dincəlmək üçün Türkiyənin Marmaris bölgəsinə üz tutub.

Həm tətilindən, həm də işindən geri qalmayan Gökçe leysan yağmasına rəğmən, dəniz sahilində məşq edib.

Daha sonra isə o, dənizə baş vurub. Həmin anları sosial media hesabında paylaşan Nüsrət addımı ilə izləyicilərini məəttəl qoyub.

Onun videosu 6 milyon izlənmə, 11 mindən çox şərh toplayıb.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ