7NEWS.az xəbər verir ki, Amerikanın "Wall Street Journal” (WSJ) qəzeti dünyanın müxtəlif yerlərində münaqişələr səbəbindən nüvə müharibəsi riskinin artdığını yazıb. Təhlildə Soyuq Müharibədən sonra nüvə tərksilahı istiqamətində işlərdə mühüm addımların atıldığı, lakin son zamanlar baş verən qarşıdurmalarla nüvə müharibəsi riskinin yenidən gündəmə gəldiyi ifadə edilib.








