RU
ABŞ-da daşqınlar nəticəsində 22 nəfər ölüb - YENİLƏNİB
23:00
1768

ABŞ-da daşqınlar nəticəsində 22 nəfər ölüb - YENİLƏNİB

 

ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında "İda" qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə 7NEWS.Az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, təbii fəlakət zamanı 22 nəfər ölüb.

Bundan əvvəl daşqınlar nəticəsində ölənlərin sayının 9 nəfər olduğu bildirilrdi.

Qasırğa bir neçə gündür ölkə ərazisində tüğyan edir. Hazırda bəzi ştatlarda fövqəladə vəziyyət elan edilib.
 
 
----

ABŞ-ın Nyu-York şəhərində İda qasırğasının səbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.

Bu barədə 7NEWS.Az "RİA Novosti"yə istinadən xəbər verir.

Qasırğa Nyu-Yorkun bir hissəsini su basıb, metroda bəzi xətlərdə qatarların hərəkəti dayandırılıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ