BMT-nin Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində GUAM təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Sentyabrın 22-23-də baş tutacaq görüş Gürcüstanın GUAM-a sədrliyi çərçivəsində təşkil olunacaq.
Gürcüstanın XİN başçısı David Zalkaliani sessiya zamanı bir sıra həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək./report
7NEWS.Az








