7NEWS.az xəbər verir ki, dünən axşam ABŞ-ın Nyu-York şəhərinin Manhetten bölgəsində üstü açıq ikimərtəbəli tur avtobusu ilə şəhər avtobusu toqquşub. Qəzadan sonra hadisə yerinə çatan qruplar kəndir və nərdivanlardan istifadə edərək sərnişinləri tur avtobusundan çıxarıb. Nyu York Yanğınsöndürmə İdarəsinin (FDNY) səlahiyyətliləri tərəfindən edilən açıqlamada, qəzada yaralanan 18 nəfərin xəstəxanaya yerləşdirildiyi və xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib. Qəzada tur avtobusunun sürücüsünün də yaralandığı bildirilsə də, polisin açıqlamasında qəzadan əvvəl tur avtobusunun işıqforun qırmızı işığından keçdiyi bildirilib.
7NEWS.az








