Ölkəmizə səfərə gələn İsrailin baş naziri ilə Azərbaycan prezidentinin görüşü maraqlı məqamlarla yadda qalıb.
7news.Az xəbər verir ki, İlham Əliyev Netanyahunun ilk və sonuncu dəfə 1997-ci ildə ölkəmizə gəldiyini xatırladıb. Növbəti səfərin təxminən 20 il sonra baş tutmasına işarə edən Prezident yumoristik tərzdə "Ümid edirəm ki, növbəti səfəriniz 20 ildən tez baş tutar” deyib. Yumoristik sözləri təbəssümlə qarşılayan Netanyahu 20 il əvvəlki səfər və Heydər Əliyevlə görüşünə dair xoş xatirələrini bölüşüb.








