"O ev yoxdur ki, sürüşməsin" - Siyəzəndə 3 ev çökdü – VİDEO
Siyəzənin Sədan kəndində sürüşmə aktivliyini qoruyur. 7News.az xəbər verir ki, onlarla evdə çökmə təhlükəsi yaşanır. Sakinlərin yeganə istəyi təhlükədən uzaqlaşmaqdır.
Səftər Musayev – Sədan kənd sakini: "O ev yoxdur ki, sürüşmə olmasın, çatlar olmasın. Köhnə evlərdi məndə misal üçün. Onun qalınlığı 80 sm-1 m-dir. Orda da var".
Ələsgər İsmayılov – Sədan kənd sakini: "Keçən il, bu il möhkəm yağışlar oldu. Ondan sonra parçalanma lap çox oldu, uçunmalar da çox oldu. Evimin arxasını 2 dəfə təmizləmişəm. Yenə də uçulub gəlib".
Siyəzənin Sədan Kəndində 3 ev tamamilə çöküb. Yaşayış üçün təhlükəli olduğundan Fövqəladə Hallar Nazirliyi ailələrə çadır verib. 50-dən çox evdə çatlar əmələ gəlib. Çatlar arasında məsafə hər gün daha da böyüyür.
Sədan kənd İcra Nümayəndəliyinin isə bir cavabı var - sürüşmə aidiyyatı qurumların diqqət mərkəzindədir.//ARB