ABŞ-ın sabiq prezidenti Barak Obamadünən "Şaxta baba” geyimində Vaşinqtondakı uşaqların müalicə aldığı xəstəxanalardan birində olub.
7News.Az xəbər verir ki, bununla bağlı "The Washington Post” nəşri məlumat yayıb.
O, xəbərdarlıqsız gəldiyi xəstəxanada ajiotaja səbəb olub.
Sabiq prezident xəstə uşaqlara hədiyyələr paylayıb.
"Mən sadəcə hər kəsə təşəkkür etmək istədim. Gözəl uşaqlar və onların ailələri ilə söhbət etmək imkanım oldu”, - Obama görüşdən sonra deyib.
7News.Az








