Prezident və birinci xanım Mişel Obama elan ediblər ki, onların qızı Maliya 2017-ci ilin payızında Harvard univeristetində təhsil almağa başlayacaq. 17 yaşlı Maliya məktəbi bu ilin yazında bitirəcək.
“Biz Saşa məktəbi bitirənədək hələ bir neçə il paytaxtda yaşamağı fikirləşirik. Təhsil ilinin ortasında köçmək - dərslərdə çətinlik yarada bilər”-deyə Obama bundan öncəki açıqlamasında bildirmişdi.








