ABŞ prezidenti Barak Obamanın Xirosimaya tarixi səfəri başlayıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, prezident ilk olaraq ABŞ hərbi-hava qüvvələrinin İvakunidəki hərbi bazasında olub. Hərbçilər qarşısında çıxış etdikdən sonra Obama 1945-ci il bombardmanından sağ çıan 3 nəfərin müşayiəti ilə Xirosimadakı memorial kompleksin qarşısına gül dəstəsi qoyacaq. Daha sonra Xirosimada bir sıra qapalı görüşlər keçirəcək.
Qeyd edək ki, bununla da Barak Obama 1945-ci ildə Amerika hərbi-hava qüvvələri tərəfindən atom bombardmanına məruz qalan yapon şəhərinə ziyarət edən ilk ABŞ prezidenti olaraq tarixə düşdü.








