RU
lombard
Oktay Şirəliyevin buna görə sərt tənqid edildi - FOTOFAKT
17:55
1904

Oktay Şirəliyevin buna görə sərt tənqid edildi - FOTOFAKT

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev koronavirusla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
7NEWS.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib.
O bildirib ki, yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar: "Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək”.
Online müraciət zamanı yaşananlar isə böyük tənqidə səbəb olub. Belə ki, nazirin qarşısında qoyulan yazıda ölkəmizin adı səhv yazılıb. Sosial şəbəkə istifadəçiləri isə bu halı məsuliyyətsizlik və dövlətə qarşı təhqir kimi dəyərləndiriblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ