RU
“Omar NN Group” bir gündə 2.4 milyonluq tender udub
12:57
25

“Omar NN Group” bir gündə 2.4 milyonluq tender udub

"Omar NN Group” MMC bir gündə iki tenderin qalibi olub.

Bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Həmin məlumatda deyilir ki, tenderlərdən biri Dövlət Turizm Agentliyi tərəfindən keçirilib. Belə ki, Agentlik Xocavənd rayonu, Tuğ kəndi ərazisində yerləşən "Tuğ”Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu ərazisində tikinti və yenidənqurma işlərini həyata keçirilməsini sifariş edib. Sözügedən şirkət isə həmin tenderi udaraq, onun reallaşması üçün 840 min 853 manat ödəniş alacaq.

Qeyd edək ki, "Omar NN Group” MMC-nin udduğu digər tender isə DOST Agentliyinindir. Tribuna.az xəbər verir ki, sözügedən qurum Xaçmaz və Qusar şəhərlərində yerləşən inzibati binalarının əsaslı təmir işlərini reallaşdıracaq. Şirkət isə bu prosesi həyata keçirmək üçün 1 milyon 555 min 916 manat pul alacaq.

Nəzərinizə çatdıraq ki, "Omar NN Group” MMC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Namiq Ömərov Nüsrət oğludur. Hüquqi ünvanı AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, mənzil 118 ünvanında yerləşir.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ