RU
Ordumuzun Tabor komandirlərinin toplantısı keçirilir - FOTO
13:51
307

Ordumuzun Tabor komandirlərinin toplantısı keçirilir - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.

Müdafiə Nazirliyindən 7News.Az-a bildirilib ki, toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

 

7News.Az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ