Döyüş hazırlığı planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim-məşq uçuşları keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, uçuş hazırlığının müxtəlif növləri üzrə keçirilən təlimdə əsas məqsəd heyətin vərdiş və bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi olub.
Təlim-məşq uçuşlarında qarşıya qoyulan məqsədə nail olunub.
7news.Az








