RU
Oğurluğa girdi, səsə oyanan qızı..
15:43
412

Oğurluğa girdi, səsə oyanan qızı..

Mingəçevir şhəərində mənzilə girib ev sahibinin qızını bıçaqla hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən 7news.Az-a verilən məlumata görə, avqustun 2-də saat 3.00 radələrində naməlum şəxs Mingəçevir şəhərində yaşayan Etibar Mehdiyevin evinə pəncərədən girib. 

Qarət məqsədilə axtarış apararkən səs-küyə ev sahibinin qızı Sənəm oyanıb. Həmin şəxs qızı bıçaqla hədələyib oradan mobil telefon aparıb.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elman Qurbanov tutulub.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ