Adanada marketdən oğurluq edərkən tutulan 13 yaşlı qız uşağının 16 yaşlı bir yeniyetmə ilə evli və 7 aylıq hamilə olduğu ortaya çıxıb.
13 yaşlı qızı yataqxanaya yerləşdirən polis 16 yaşlı yeniyetmə haqqında "Cinsi istismar" cinayət əməli iddiası ilə istintaqa başlayıb.
7News.az haberler-ə istinadən xəbər verir ki, hadisə Seyhan mahalında Mirzaçelebi məhəlləsində meydana gəlib. İddiaya görə, 13 yaşlı A. M. qohumlarıyla birlikdə bir marketə gələrək burada oğurluq etmək istəyib. Ancaq market səlahiyyətliləri bunu hiss edərək dərhal polisə xəbər veriblər.
Hadisə yerinə gələn polis A.M.-ın hamilə olduğunu görüb, 13 yaşının olduğunu öyrənincə şok olub. Bundan əlavə A.M.-nın oğurluq və fırıldaqçılıq əməliylə bağlı 8 cinayəti və Kırıkkaledə iştirak etdiyi bir oğurluq hadisəsinə görə axtarışda olduğu məlum olub.
7News.az










