RU
Oğuzda minik avtomobilləri toqquşub, sürücülərdən biri ölüb
16:00
385

Oğuzda minik avtomobilləri toqquşub, sürücülərdən biri ölüb

Oğuzda iki minik avtomobili toqquşub, sürücülərdən biri hadisə yerində ölüb.

7NEWS.Az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun Bucaq kəndi ərazisində baş verib.
99 UB 305 nömrəli "Ford Tranzit” markalı avtomobillə 09 BP 419 nömrəli "2107” markalı avtomobil toqquşub.
Hadisə zamanı "2107”nin sürücüsü 1986-cı il təvəllüdlü Xocalı rayon sakini Quliyev Rəhim Cəlal oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ