RU
Oğuzda qardaşını qətlə yetirən şəxs hakim qarşısında
19:45
200

Oğuzda qardaşını qətlə yetirən şəxs hakim qarşısında

Oğuz rayonunda qardşını qətlə yetirməkdə təqsirli bilinən Namiq Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

7NEWS.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası sentyabrın 6-na təyin olunub.

Qeyd edək ki, aprelin 2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oğuz rayon prokurorluğundan verilən məlumata görə, qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində aralarında yaranmış mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ