RU
Çovdarovun məhkəməsi təxirə salındı
12:32
418

Çovdarovun məhkəməsi təxirə salındı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə iclası təxirə salınıb. 

Buna səbəb Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Əliyevin vəkili Anar Qasımlının məhkəməyə gəlmədiyi elan olunub. 

Hakim bildirib ki, o, səhhəti ilə əlaqədar məhkəməyə teleqram göndərib.

Proses avqustun 16-dək təxirə salınıb./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ