RU
Pakistanda iki partlayış oldu - 28 ölü
16:30
40

Pakistanda iki partlayış oldu - 28 ölü

Pakistanın Bəlucistan vilayətində 2 partlayış baş verib.

7News.Az ölkənin yerli "Geo TV” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 28 nəfər həlak olub, 40-dan çox şəxs isə yaralanıb. 

Məlumata görə, partlayış Pakistan parlamentinin aşağı palatasına keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərin ofislərinin yaxınlığında qeydə alınıb. 

Qeyd edək ki, Pakistanda seçkilər fevralın 8-i təşkil ediləcək.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ