RU
Pakistanda terror: 5 ÖLÜ, 10 YARALI
15:03
65

Pakistanda terror: 5 ÖLÜ, 10 YARALI


7NEWS.az xəbər verir ki, Pakistanda iki partlayış törədilib. Bəlucistan əyalətinin Kvetta və Kohlu şəhərlərində törədilən bombalı hücumlarda 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Kvettada polis məntəqəsi yaxınlığında baş verən partlayışda biri uşaq olmaqla cəmi 4 nəfər, Kohluda baş verən partlayışda isə 5 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. Köhlüdəki hücumda əldəqayırma partlayıcılardan (EYP) istifadə edildiyini bildirən səlahiyyətlilər, yaralanan 5 nəfərin vəziyyətinin ağır olduğunu bildiriblər. Təhlükəsizlik qüvvələri partlayışların baş verdiyi əraziləri mühasirəyə alıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ