RU
Pakistanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub
22:00
949

Pakistanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub

Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinə (ISI) yeni rəhbər təyin olunub.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Pakistanın "Dawn News” nəşri məlumat yayıb.
 

General-leytenant Faiz Həmid İdarələrarası Kəşfiyyat Xidmətinin rəhbəri postundan azad olunub. O, Peşəvər Korpusunun komandiri təyin olunub.

General-leytenant Nadim Anjum isə İdarələrarası Kəşfiyyat Xidmətinə rəhbər təyin edilib.

Nadim Anjum daha əvvəl Kəraçidə Pakistanın V Korpusunun Komandanı olub, Pakistanın Sərhəd Korpusunda Baş Müfəttiş kimi çalışıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ